Sumqayıtda mərmi partlayıb, ölən var

Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib. Məlumata əsasən, avqustun 12-də saat 13.00 radələrində şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən  tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış meydana gəlib.
Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və həkimlərin bütün səylərinə rəğmən vəfat edib. Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.