Suriyada 2 min əsir azad edilib

Suriyada müxalif hərbi birləşmə özünü “İslam Dövləti” adlandıran yaraqlıların əsir aldığı dinc sakinləri xilas edib.
“Reuters” xəbər verir ki, müxalif hərbi birləşmə avqustun 13-də yaraqlıların əlində olan Mənbic şəhərində nəzarəti tam ələ keçirib.
Şəhərin 2 minə yaxın əsir saxlanan sakini azadlığa buraxılıb. Yaraqlılar onları qurduqları əsir düşərgəsində saxlayırmışlar.
Şəhərdə minadan təmizlənmə işləri aparılır. Əməliyyatda kürd və ərəb bölmələri iştirak edib. Onları havadan ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri dəstəkləyib.
“İslam Dövləti” yaraqlıları Mənbic şəhərinə 2014-cü ildən nəzarət edirdilər. Şəhər üzərində nəzarəti itirəndən sonra yaraqlılar Türkiyə ilə sərhəddəki, 3 ildir “İslam Dövləti”ndə olan Cerablus şəhərinə istiqamətləniblər.