“Tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır”

Fransanın Aralıq dənizi sahillərində burkini ilə çimməyin qadağan olunması ilə bağlı müzakirələrə Almaniya kansleri Angela Merkel də qoşulub.
Merkel deyib ki, burkalı bir qadın Almaniyaya uyğunlaşa bilməz.
Redaktions-Netzwerks Deutschland-ə müsahibəsində Merkel deyib ki, tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır.
Merkel burkanın qadağan edilib edilməyəcəyi haqqında isə fikir bildirməyib. Deyib ki, siyasi, hüquqi qiymətləndirməyə ehtiyacı olan bu mövzuda daxili işlər naziriThomas De Maiziere-yə dəstək verir.
Almaniyanın daxili işlər naziri De Maiziere deyib ki, hüquqi səbəblərə görə burkanın bötövlükdə qadağan edilməsinə qarşıdır.