Tarif Şurasından yeni qiymətlər

Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.
Tarif Şurasının bu günki iclasında daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, əczaçılıq forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.
Bunlardan 7347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.
Bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif Şurasının 10 iclası keçirilmiş, idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilmişdir
Qərarlar və dərman vasitələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.