Trump: “İŞİD-i Obama yaradıb”

AP Photo/Jeff Chiu
ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trump prezident Barak Obamanın İraq və Suriya siyasəti ilə bağlı tənqidlərini gücləndirirək, Obamanın İŞİD-i yaratdığını deyib.
“İŞİD-i o yaradıb,” deyə Trump Floridada tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Bundan sonra o, “əyri Hillary Clinton-un” İslam Dövləti qrupunun “həmtəsisçisi” olduğunu deyib.
Tramp bundan əvvəl də prezidentliyə Demokrat namizəd olan Hillary Clinton-u terrorçu qrupun yaranmasına gətirib çıxaran siyasətə dəstək verməkdə ittiham edib. Lakin bu dəfə o, ABŞ administrasiyasına qarşı tənqidlərini daha da gücləndirərək, İslam Dövləti qrupunun “bir çox cəhətdən prezident Obamanı şərəfləndirdiklərini” deyib.
trump1
Donald Trump cümə axşamı səhər CNBC telekanalında müsahibə zamanı bu şərhlərlə bağlı sualın cavabında iddiasını bir daha təkrar edib və bu mövqeyini İraq müharibəsinə qarşı çıxması ilə əlaqələndirib. O zaman ABŞ senatoru olan Hillary Clinton İraq müharibəsinin əleyhinə səs verib. Konqresdə o vaxt hələ təmsil olunmayan Barack Obama isə ictimaiyyətə müdaxilənin əleyhinə olduğunu bildirmişdi.
ABŞ-ın İraqa müdaxiləsi Suriya böhranının yaranmasında rol oynamış dağıdıcı müharibənin əsas səbəbi hesab edilir. Bəzi Respublikaçılar prezident Obama və Hillari Klintonu iki il əvvəl İraq və Suriyada əraziləri ələ keçirməyə başlayarkən İŞİD-ə qarşı kifayət qədər aqressiv siyasət yeritmədiklərinə görə tənqid edir. Lakin Respublikaçılar partiyasının yüksək səviyyəli nümayəndələrindən heç biri prezident Obamanı qrupu yaratmaqda ittiham edəcək qədər kəskin tənqidlə çıxış etməyib.
Donald Trump-ın mübahisəli bəyanatları və siyasi opponentlərinə qarşı sərt hücumları Respublikaçılar partiyasında parçalanmanın yaranmasına gətirib çıxarıb. Partiyanın bəzi aparıcı siyasətçiləri onun namizədliyini pisləyir və onun liderliyə yaramadığını bildirirlər. Rəy sorğuları isə Donald Trump-ın mühüm ştatlarda Hillary Clinton-dan geri olduğunu və onun tərəfdarlarının Respublikaçılar partiyasının bəzi yerlərdə ənənəvi elektoratı arasında azaldığını göstərir.
Cümə axşamı Donald Trump ötən gün Barakc Obamanın İŞİD-in banisi olması haqda dediklərini təsdiqləyib. Bu bəyanatı o, mühafizəkar radio aparıcısı ilə müsahibədə aparıcı onun şərhlərini aydınlaşdırmaq istəyərkən bildirib.
Photo: Stringer/REUTERS/
Photo: Stringer/REUTERS/
Hew Hewitt Trump-dan “Obamanın boşluq yaratmaqla sülhü itirdiyinə” işarə etdiyini soruşanada Trump etiraz edib:
“Xeyr, mənim dediyim odir ki, o, İŞİD-in təsisçisidir. “O, ən mühüm oyunçudur. Mən ona ən mühüm oyunçu mükafatı verirəm. Mən Hillary Clinton-a da həmin mükafatı verirəm.

Hewitt Obamanın İŞİD-ə “rəğbət bəsləmədiyini” və bu qrupa “nifrət etdiyini”, və onun üzvlərini “öldürməyə” çalışdığını deyəndə, Trump dillənib.

“Vecimə deyil. Təsisçi odur. O, İraqdan çıxmaqla İŞİD yarandı.”