Türkdilli dövlətlərin dövlət başçılarının 6-cı sammiti keçiriləcək

Türkdilli dövlətlərin dövlət başçılarının 6-cı sammitinin noyabr ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi planlaşdırılır.
Bu haqda məlumatı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramin Həsənov bu gün keçirilən mətbuat konfransında verib.
R.Həsənovun sözlərinə görə, sammitin əsas mövzusu gənclər və idman mövzusuna həsr olunsa da, bölgədə terrorizmə qarşı mübarizə işi də müzakirə olunacaq.
TDƏŞ-in baş katibi qeyd edib ki, 2017-ci ildə dövlət başçılarının sammiti Azərbaycanda keçiriləcək. Hazırda Türk Şurasının sədri Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir.