Türkiyə baş naziri Bakıda mühəndislərin qurultayına gələcək

Türkiyə baş naziri Binali Yıldırım bu ilin oktyabrında Bakıya səfər edəcək.
Bu barədə cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə Türkiye Petrolları A.Ş.-nin Bakı nümayəndəliyinin rəhbəri Saliha Dündar bildirib.
SOCAR rəhbəri ilə görüşdə Dündar deyib ki, oktyabrda Bakıda Türk Dünyası Mühəndislərinin və Memarlarının növbəti  qurultayı keçiriləcək. “Energetika və Nəqliyyatda meqalayihələr” adı altında keçiriləcək Qurultayın açılışında və işində Türkiyənin baş naziri Binali Yıldırım da iştirak edəcək, deyə o bildirib.