Türkiyə Müdafiə Naziri fərari əsgər və generalların sayını açıqlayıb

Türkiyə Müdafiə Naziri , 15 iyulda baş verən hərbi çevrilişə cəhdin ardından 9-u general 311 əsgərin fərari olduğunu açıqlayıb.
Türk telekanallarına müsahibə verən nazir Işık, “Silahlı Qüvvələrdə ixraclar daha bitməyib, fərari əsgərlərin isə axtarışı davam edir” deyib.
Müdafiə Nazirinin açıqlamalarına görə mətbuatda yayıldığı kimi itkin düşən helikopter olmasa da, orduda kifayət qədər silah və mərmi çatışmazlığı var. Fikri Işık sonda qeyd edib ki, baş verən itkilər yaxın müddətdə aradan qaldırılacaq.