Türkiyə YPG-nin mövqelərini vurur

Türkiyə ordusu bu gün səhər saatlarından etibarən uzaqvuran toplar və döyüş təyyarələri ilə Suriyada YPG mövqelərinə zərbələr endirməyə başlayıb.
İlk əldə edilən məlumatlara görə, Cerablus bölgəsinin cənubunda yerləşən Menbriç şəhərinin şimal əraziləri bombardman edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Hələbə yaxın yerləşən Cerablus bölgəsinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.