Türkiyədə 3 əsgər şəhid olub, 10 əsgər yaralanıb

Türkiyə Silahlı Qüvvələri Şırnak şəhərinin Beytüşşebap bölgəsində baş verən silahlı hücum ilə bağlı açıqlama verib. HABUR-2 gömrük sərhəd buraxılış məntəqəsində bu gün səhər saatlarında hərbi maşın keçdiyi zaman terroristlər tərəfindən quraşdırılmış partlayıcı qurğu işə salınıb.
Partlayışın baş verməsi ilə bərabər Şimali İraq tərəfindən silahlardan atəş açılmasından sonra 3 əsgər şəhid olub, 10-isə yaralanıb.
Xəstəxanaya çatdırılan yaralıların durumunun ağır oduğu və bölgədə əməliyyat başlandığı bildirilib.