Türkiyədə baş nazir aparatında 18 nəfər saxlanılıb

Türkiyədə hərbi çevrilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq tədbirləri çərçivəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb.
Həmin şəxslər Ankara prokurorluğu tərəfindən başlanan istintaqın nəticəsi olaraq həbs ediliblər.
Aralarında aparatın mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurların ardından məhkəməyə təhvil veriləcəklər.