Fetullah Terror Təşkilatına (FETÖ) maddi dəstək təmin etdikləri iddiasıyla davam etdirilən istintaq çərçivəsində aralarında İhlas Holdinqin rəhbəri Cahit Paksoyun da olduğu 18 nəfər polis tərəfindən saxlanıb.
Daha sonra prokurorluqda sorğu-sual edilən Cahit Paksoy və digərləri “Terror təşkilatına üzv olmaq”, “Terror təşkilatını maliyyə dəstəyi ilə təmin etmək” maddələri ilə təqsirli bilinərək həbs olunublar.