Türkiyədə partlayış baş verib, 20 nəfər yaralanıb

Türkiyənin Van vilayətində partlayış törədilib.
Van vilayətinin mərkəzində yerləşən polis şöbəsinin qarşısında terroristlər tərəfindən minalanmış avtomobilin partladılması nəticəsində 20 nəfər yaralanıb.
Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.
Qaçan terrorçuların ələ keçiriliməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.