Turqut Qəmbər Baş Polis İdarəsinə aparılıb – Yenilənib

N!DA Vətəndaş Hərəkatının fəal üzvü, siyasətçi İsa Qəmbərin oğlu Turqut Qəmbər mülki geyimlilər tərəfindən saxlanılıb.
Onu bu gün Bakı şəhər Apellyasiya məhkəməsinin önündən Bakı Baş Polis İdarəsinə aparıblar. Onun aparılması ilə bağlı heç bir açıqlama verilməyib.
Jurnalist İslam Şıxəli vəzifəsini yerinə yetirərkən fiziki zorakılığa məruz qalıb.
Qeyd edək ki, bu gün N!DA VH-nın üzvü Elgiz Qəhrəmanın məhkəmə iclası olub.