Vəkil zorla istintaq təcridxanasında saxlanılıb

Vəkil Nemət Kərimli
“Bu gün müdafiə etdiyim şəxslə görüşmək üçün 1 saylı Bakı İstintaq Təcridxanasına getdim. Müraciət etdim ki, Elgiz Qəhrəmanla görüşməyə gəlmişəm. Təcridxana işçiləri xeyli problemlər yaratdılar. Görüşdən sonra isə lap özbaşınalıq baş verdi, xüsusilə istintaq təcridxanasında işləyən Əhməd adlı bir mayor tərəfindən”.
Bu barədə saytımıza vəkil Nemət Kərimli bildirib.
Vəkil deyib ki, Əhməd adında mayor görüşdən çıxandan sonra onu yarım saat təcridxanadan çıxmağa qoymayıb. Məcburən saxlayıblar içəridə: “Mayor deyirdi ki, axtarış aparacıq üstündə. Bu özbaşınalıqdı”.
Nemət Kərimli bildirib ki, həmin şəxslə bağlı aidiyyatı qurumlara şikayət hazırlayır.