Vəkili Qiyas İbrahimovla görüşüb

Avqustun 18-də vəkil Elçin Sadıqov istintaq təcridxanasında siyasi məhbus Qiyas İbrahomovla görüşüb. 
Vəkil saytımıza açıqlamasında deyib ki, Qiyas İbrahimov Nida Vətəndaş Hərəkatına qoşulmaq istədiyini bildirib. Siyasi məhbus xahiş edib ki, bundan sonra hər yerdə nidaçı kimi təqdim edilsin.
Elçin Sadıqov bildirib ki, Qiyas İbrahimovun gözlərində problem yaranıb, bu çox güman gün işığını görməməyə görədir.
Həmçinin, vəkil siyasi məhbus barəsində olan saxta cinayət işi üzrə cinayət işinin istintaqının başa çatdığını deyib: “Növbəti həftə cinayət işinin məhkəməyə göndəriləcəyini bildirdilər”.
Qeyd edək ki, mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəal Qiyas İbrahimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O və digər ictimai fəal Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) ittiham olunurlar.
Hər iki şəxs ittihamları qəbul etmir, həbslərinin siyasi xarakterli olduğunu bildirir.