Vergi borcuna görə 289 nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 10 avqust tarixinə vergi borcu olduğuna görə 289 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 2 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.