Yaponiyada anomal istilər nəticəsində 2 nəfər ölüb, 2 800 nəfər xəstəxanaya yerləşdirilib

Son bir həftə ərzində Yaponiyada anomal istilər nəticəsində 2800-ə yaxın insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Rəsmi mənbələrin yaydığı məlumata görə, onlardan 2-si dünyasını dəyişib.
Avqustun 22-dən 28-dək 2821 nəfər tibb müəssisələrinə  müraciət edib. Onların əksəriyyətinin 65 yaşdan yuxarı olduğu bildirilir.
Qeyd edək ki, ötən illlərdə də Yaponiyada anomal istilər yüzlərlə insanın həyatına son qoyub.