Zimbabvedə medalsız qayıdan idmançılar həbs edilib

Zimbabvedə “Rio-2016” Olimpiyasında iştirak edən milli komandanın bütün üzvləri ölkəyə medalsız qayıtdıqları üçün həbs ediliblər. 
Zimbabvenin prezidenti Robert Mugabe ölkənin baş polis komisarına Olimpiyada iştirak edən idmançıların aeroportda dərhal həbs edilməsi təlimatını verib.
“News of Africa” qəzeti bildirir ki, buna səbəb Zimbabve milli komandasının bir dənə medal belə qazana bilməməsidir. Heyətində 31 idmançı olan komandanın ən yüksək nəticəsini göstərən idmançı 8-ci yerdə qərarlaşıb. Komandanın göstərdiyi nəticədən məyus olan prezident Mugabe komandanın bütün üzvlərini həbslə cazəlandırıb.
“Biz özlərinə idmançı deyən bu siçovullara dövlət büdcəsindən pul verimişik. Əgər siz özünüzə əziyyət verib heç olmasa qonşumuz Botswananın idmançıları kimi 4-cü, 5-ci yerləri tuta bilmirsinizsə, niyə görə dövlətin pulunu xərcləyirsiniz?” – deyə Mugabe bildirib.
Çıxışının davamında ölkə başçısı əlavə edib ki, idmançılara veriləcək pullara məktəb tikmək və əhalinin rifahını yüksəltmək üçün xərcləmək olar.

 

MƏNBƏforumdaily.com
Əvvəlki məqaləƏli Kərimli: “Həbsə hazıram… cəbhəçiləri incitməyin” – foto-video
Növbəti məqalədəRusiya Türkiyəyə çarter reyslərinə qoyulan qadağanı götürüb