Zuckerberg Papa Francis ilə görüşüb – FOTO

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un qurucusu Mark Zuckerberg, Papa Francisi ziyarət edib.
Vatikan sözçüsü Greg Burkenin açıqlamalarına görə, görüşdə Papa, Facebookun yoxsulluqla mübarizədə istifadə edilməsi təklifini gündəmə gətirib. Zuckerberg səfəri zamanı Papaya kiçik pilotsuz uçuş aparatı hədiyyə edib.
Zuckerberg Facebookdan paylaşdığı mesajda görüşlə bağlı belə deyib: “Ona, şəfqət və nəzakətinə, dünya daxilində fərqli inanclara mənsub insanlarla ünsiyyətə keçmənin yollarını tapmasına necə böyük heyranlıq duyduğumuzu söylədim. Unudulmaz görüş idi. Səmimiyyət, dostluq və insanlara kömək etmənin onun üçün nə qədər əhəmiyyətli olduğunu hiss etdim”.

papa1