Əmanətlərin sığortalanma faizi qaldırıldı

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası sentyabrın 16-dan milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12 faizdən 15 faizə qaldırıb.
Qərar Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılıb. 16 sentyabrdan üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15 faizdən yuxarı olduğu halda, bu əmanətlər Fond tərəfindən sığorta etməyəcək, onlara görə kompensasiya ödənilmir.
Vətəndaşlar əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyir. Fond bildirir ki, iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, sentyabrın 16-dan qorunan əmanətlərə maksimal illik faiz dərəcəsi – milli valyuta üzrə 15 faizdir. Martın 2-dən qorunan əmanətlərdən ötrü maksimal illik faiz dərəcəsi isə xarici valyuta üzrə 3 faiz həddində müəyyən edilib.