17 sentyabr mitinqinin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Milli Şuranın sentyabrın 17-nə təyin etdiyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.
O deyib ki, sabah saat 16:30-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, Milli Şura sentyabrın 17-də, saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Komplekisinin stadionunda (keçmiş “Məhsul) mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqin keçirilməsinə razılıq verib.