22 banka 200 milyon dollar satılıb

ARDNF-dən verilən məlumata görə, Fondun hərraca çıxardığı 200 mln. dollar məbləğində vəsait 22 kommersiya bankına satılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında tələbat 330-340 mln. ABŞ dolları olub.
Hərraca çıxarılan valyuta isə bundan bir qədər az – 300 mln. dollar olub. Bunun 100 mln. dollarını AMB, 200 mln. dollarını isə ARDNF təmin edib.
Hərracın yekununda kommersiya banklarının cari tələbatı təxminən 10-13% kəsirlə təmin olunub və satışa çıxarılan valyuta kütləsi tam həcmdə realizə edilib. ABŞ dollarının satış məzənnəsinin yuxarı həddi 1,6444 AZN/USD olub. Qeyd edək ki, əvvəlki hərraclarla müqayisədə kommersiya banklarının dollara tələbatı təxminən iki dəfə azalıb.