360 fiziki şəxsin ölkədən çıxışını məhdudlaşdırılıb

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 28 sentyabr tarixinə vergi borcu olduğuna görə 359 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.