Bir müddət əvvəl ABŞ-da banklardan birində, daha dəqiq Wells Fargoda minlərlə işçinin qovulması ilə nəticələnən bir hadisə baş verib.
Məlum olub ki, bank işçiləri sistematik olaraq on illər ərzində müştərilərin hesabları ilə qanunsuz əməliyyatlar aparıb bundan milyonlarla qazanc əldə ediblər. Bankın top menecerləri məsuliyyəti öz üzərinə götürməmiş, sıravi işçiləri günahlandırmışdılar.
Wells Fargo başqa böyük banklardan fərqli olaraq, klassik bank xidmətlərinə, fiziki və hüquqi şəxslərə kredit verməyə fokuslanmış bankdır. “JP Morgan” və ya “Citygroup”la müqayisədə qiymətli kağızlar bazarında demək olar ki, görünməzdir. Bankın baş ofisi də digərləri kimi New Yorkda deyil, San Fransiskoda yerləşir.
Son on ildə ABŞ-ın maliyyə sektorundakı qalmaqalların fonunda Wells Fargo hər hansı kirli işlərə cəlb olunmamış təmiz bank təəssüratı oyadırdı. 2007-2009-cu illərin böhranını kreditlərin faiz riskini minimuma endirməklə itkisiz keçirmiş bank, milyarder Warren Buffettin ən sevimli bankıdır. Baffet hətta 2009-cu ildə banka bir neçə milyard dollar yatırım edib.
Bir aydan da az müddət əvvəl Wells Fargo apardığı qanunsuz əməliyyatlardan dolayı 4 milyon dollar məbləğində cərimə ödəməli olub. Bank tələbələrdən mədaxili alıb, hesabların vəziyyəti barədə heç bir məlumat verməməklə, müştərilərini xərclərini minimuma endirmək imkanından məhrum edirdi. Bu səbəbdən də cəzalandırılıb.
Lakin bunlar sentyabrda ortaya çıxanlarla müqayisədə heç nədir. Belə ki, ABŞ istehlakçılarının hüquqlarını müdafiə bürosunun əməkdaşları bankın müştərilərə məlumat vermədən hesab açıb, 500 mindən çox kredit kartı sifariş etdiyi qənaətinə gəliblər, xidmət haqlarını real hesablardan silməklə. Hal-hazırda müştərilərin itkiləri beş milyon dollar civarında dəyərləndirilir. Məbləğin istintaq müddətində artacağı da istisna olunmur.
Cinayət işi isə hələ açılmayıb. Büronun buna səlahiyyəti yoxdur. Lakin bütün müvafiq sənədlər prokurorluğa və digər lazımi orqanlara göndərilib, bank isə cərimə olunub.
Cərimədən əlavə, bankın səhmlərinin qiymətində 15 faizlik düşüş təqribən 30 milyard dollara yaxın bir məbləğə bərabərdir.
Kredit təşkilatının baş direktoru John Stumpf, vəziyyəti düzəltmək üçün qısa bir zamanda tədbir görüb, içində bir nəfər də olsun top menecerin olmadığı 5300 işçini qovub. Şübhəli olan bankın əməkdaşlarının birdən sözləşib bu miqyasda maxinasiyalara əl atmasıdır. Ona görə də ictimaiyyət, adi ofis işçilərinin işdən çıxarılmasından daha ciddi tədbirlərin görülməsini gözləyir.
Stumpf onların heç kimə zərər vermək niyyətində olmadığını bildirməsinə baxmayaraq, bankın əməkdaşlarının söylədikləri əksini göstərir.
New York Post keçmiş işçilərin bəzilərindən sitatlar gətirir: “Mən görürdüm ki, insanlar daha yüksək vəzifə üçün etməməli olduğu hər şeyi etməyə hazır idilər”, “Bu bankın demək olar ki, bütün əməkdaşlarının etdiyi bir şey idi”.
Qaydaları pozmamış mütəxəssislərdən biri isə banka, bu əməliyyatları edənlərlə eyni gəlir gətirəcəyini təsəvvür belə etmirmiş.
Hər şeyin 2007-də Stumpf daha gəlmədən başladığı ehtimal olunur. Belə ki, bəzi əməliyyatların tarixi 2004-cü ilə təsadüf edir. Lakin heç kim əməliyyatların sistematik xarakter daşıdığını istisna etmir. Olanlara baxılarsa, rəhbərlik ya olanlara göz yummuş ya da təşviq edirmiş.
Media maxinasiyaların səbəbkarlarından biri kimi, son zamanlara qədər istehlak departamentinə rəhbərlik etmiş Carrie Tolstedti görür. O, hər şey ortaya çıxmadan əvvəl 124 milyon dollarlıq bonus və ödəmələr şəklində gəlirini aldıqdan sonra istefa vermişdi. Maxinasiyaların qarşısını almaq üçün heç nə etməsinə baxmayaraq, Stapmf onu “müştərilərin qəhramanı” adlandırıb.
Bankın onun gəlirinin bir hissəsini geri alacağı istisna olunmasa da bu barədə hər hansı bir qərar yoxdur.
Dünyaca məşhur dramaturq Bertold Brext nə vaxtsa belə bir sual vermişdi: “bankın qarət olunması, bankın əsasını qoymaqla müqayisə oluna bilərmi?” Bu sual hal-hazırda heç vaxt olmadığı kimi populyardır. Son on ildə bu sahədə qalmaqalların çoxalması göstərir ki, bankirlərin iqtisadiyyata zərəri adi bank qarətlərindən daha çoxdur.
Az qala dünya iqtisadiyyatının məhv olmasına gətirmiş qlobal böhrana səbəb, əsasını qoymuş insanların belə iş prinsiplərini bilmədiyi maliyyə alətlərinin düzgün istifadə olunmaması idi. Bankirlər daha çox qazanc əldə etmək üçün görünməyən riskə getmiş, bu da fiaskoya gətirmişdi. Böhrana görə əlbəttə ki, heç kim məsuliyyət daşımamışdı.
Bir neçə il sonra dövlətin milyonluq yardımları nəticəsində banklar amerikalıların business as usual dediyinə gəldilər. Hərçənd, bankarın top menecerlərinə cinayət işinin açılması və ya idarəetmənin gücləndirilməsi fikri dəfələrlə səslənmişdi.
Wells Fargo ilə olan hekayədə insanlar daha çox itirdilər. Bank əməkdaşları qanunsuz olaraq hesab açmağı öz əmək haqqlarına əlavələr qazanmaq üçün etsələr də ümumən bank da bundan qazanclı çıxırdı. İşçi daha çox maaş, bank isə hesabatda biznesin inkşaf etdiyini göstərən rəqəmlər qazanırdı.