ABŞ-da nəhəng neft yatağı aşkar edilib

ABŞ-ın enerji şirkəti Apache Corporation tərəfindən ölkənin Texas ştatının qərbində 3 milyard barrel xam neft və 2,25 trilyon kubmetr təbii qaz ehtiyatı olduğu təxmin edilən sahənin olduğu açıqlanıb.
Şirkətdən edilən yazılı açıqlamada sahədəki geoloji işlərin, araşdırmaların və testlərin iki ildən çox davam etdiyi qeyd edilərkən, təxminən 1242 kvadrat kilometrlik sahənin 400 milyon dollara satın alındığı bildirilib.
Bu ana qədər sahədə 19 neft quyusunun açıldığı və bunlardan 9-da məhdud miqdarda istehsal edildiyi yazılan açıqlamada, gələcəkdə neft qazma həyata keçirmək üçün həmin sahədə 3 minə yaxın nöqtənin təyin olunduğu vurğulanıb.
Açıqlamada, Alpine High adlı bölgədə neft istehsalını artırmaq üçün şirkətin 2016-ci ilin sərmayə xərcləməsini 200 milyon dollar artıraraq, 2 milyard dollara çıxardığı və bölgədə ediləcək investisiya xərcləməsinin, şirkətin bu ilki xərcləmə proqramının 25 faizlik hissəsini təşkil edəcəyi qeyd edilib.