ABŞ vitse-prezidentindən Barzaniyə təşəkkür

ABŞ vitse-prezidenti Joe Biden, bölgədəki kürdlərin qüvvələrini IŞİD-ə qarşı cəmləşdirdiyi üçün Şimali İraq kürd muxtariyyatının rəhbəri (IKBY) Məsud Barzaniyə təşəkkür edib.
Ağ Evdən mövzu ilə bağlı verilən açıqlamada, Biden ilə Barzaninin telefonla danışdığı bildirilib. Telefon danışığı zamanı Biden deyib ki, ABŞ İraq höküməti ilə ölkənin şimalında yerləşən kürd muxtariyyəti arasındakı iş birliyinə verdiyi dəstəyi davam etdirəcək.
Kürd muxtariyyətinin rəsmi saytından ikili arasında baş tutan danışıqla bağlı verilən açıqlamada isə bildirilib ki, Joe Biden Mosul əməliyyatları zamanı ölənlərə görə Barzaniyə başsağlığı verib. Onların terrorla mübarizədə şəhid olduqlarını vurğulayıb.