ATƏT-in toplantısında Azərbaycanla bağlı dinləmələr keçirilib

ATƏT-in illik toplantısında Azərbaycanla bağlı dinləmələr keçirilib. Tədbirin əsas mövzusu Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı olub.
Çıxışçı qismində Azərbaycandan gedən və xaricdə yaşayan hüquqmüdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Bu barədə Abzas.net-ə tədbirdə iştirak edən gənc fəal Nəcmin Kamil məlumat verib.
Buna da baxın: NİDA nümayəndə heyəti ATƏT-in illik toplantısında iştirak edir
Tədbirdə Nida Vətəndaş Hərəkatının nümayəndəsi Turgut Qəmbər, Avropada yaşayan hüquqmüdafiəçisi Emin Hüseynov, həbsdən bir neçə ay əvvəl çıxan hüquqmüdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov və Gülnara Axundova məruzəçi kimi çıxış ediblər.
Turqut Qəmbər gənc fəallara qarşı olan basqılar, onların siyasi sifariş əsasında həbs olunması ilə bağlı çıxış edib. Emin Hüseynov referendum barəsində, Anar Məmmədli QHT qanunvericiliyinin məhdudlaşması, Rəsul Cəfərov siyasi məhbuslar, Gülnarə Axundova isə beynəlxalq təşkilatlara Axərbaycan vətəndaş cəmiyyəti adından öz təşəbbüsünü irəli sürüb.
Tədbirdə diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif ölkələrin hökümət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.