Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa Birliyi (AB) Ukraynanın ərazi bütövlüyünü təhdid etdiyi səbəbiylə Ukraynalı separatçılar və Rus səlahiyyətliləri hədəf alan əlavə sanksiyaların müddətini 6 ay müddətlə uzatma qərarı verib.
AB-nin sanksiya siyahısında mal varlıqları dondurulmuş və viza qadağası gətirilmiş 37 şirkət və 146 vətəndaş var.
Sanksiya siyahısına AB-nin Ukraynanın suverenliyini və müstəqilliyini pozmaqda ittiham etdiyi fiziki şəxslər və şirkətlər daxil edilib.
Bu sanksiyalar ilk olaraq 2014-cü ilin mart ayında Rusiyanın Krımı qanunsuz ilhaq etməsi səbəbiylə başladılmışdı.
Digər tərəfdə, AB-nin Krımı və Sivastopolu qanunsuz olaraq suverenliyi altına alması səbəbiylə Rusiyaya qarşı tətbiq etdiyi müəyyən sektorlara istiqamətli iqtisadi sanksiyaları da var.
İqtisadi sanksiyalara uyğun olaraq, AB üzvü 28 ölkə Rusiyaya silah satışı edə bilmir.
Sanksiyalarla, Rusiyanın neft və qaz sektorlarında istifadə etdiyi bəzi texnologiyaların AB ölkələrindən alması məhdudlaşdırılır.