Avropa İttifaqından yeni Britaniya açıqlaması

“Böyük Britaniyanın Avropa İttifaqından çıxması qurum üçün təhdid deyil, lakin Aİ bundan təəssüflənir”. 
Bu sözləri Avropa İttifaqı komisioyasının sədri Jean-Claude Juncker bildirib. “Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqda ərizəsini mümkün qədər tez təqdim etməsini gözləyirik. Əlbəttə, biz bunu təəssüf hissi ilə qeyd edirik. “Brexit” bütün dünyada uzaqdan və yaxından bizi müşahidə edən dostlarımızın və tərəfdarlarımızın parçalanmasına gətirib çıxarmayacaq. Biz Britaniyanın qərarına hörmət edir, eyni zaman bu prosesə təəssüflənirik. Ancaq Aİ-nin gələcəyi təhlükə altında deyil”, — deyə, Juncker Avroparlamentin Strasburqdakı illik plenar sessiyasındakı çıxışında bildirib.
Xatırladaq ki, Britaniyanın baş naziri Theresa May krallığın Aİ-nin tərkibindən çıxması prosesinin ilin sonundək baş verməyəcəyini dəfələrlə vurğulayıb. Qeyd edək ki, bu il iyunun 23-də Britaniyanın Aİ-də çıxması ilə bağlı referendum keçirilib. Həmin səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib.