Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib

Bu gün FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.

Dünyanın 209 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamız 133-cü yerdə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəlməsi (1:0) yığmamızın irəliləməsinə səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya və Çexiya 1 pillə irəliləyib. Almanlar 3-cü, çexlər 33-cü pilləyə yüksəlib. Şimali İrlandiya 2 pillə geriləyərək 30-cu, Norveç 20 pillə geriləyərək 70-ci yerə düşüb.  San Marino isə 1 pillə geriləyib və 201-ci yerdə qərarlaşıb.

İlk “onluq”:

1. Argentina – 1646
2. Belçika – 1369
3. Almaniya – 1347
4. Braziliya – 1323
4. Kolumbiya – 1323
6. Çili – 1284
7. Portuqaliya – 1228
8. Fransa – 1188
9. Uruqqvay – 1173
10. Uels – 1161

MƏNBƏabzas.net
Əvvəlki məqaləMəscidi yandırmaq istəyən şəxs həbs olunub
Növbəti məqalədəRayon qeydiyyatlı avtomobillərin paytaxta girişi yenidən qadağa qoyulub