Azərbaycanda məhkəmə bildirişləri SMS vasitəsi ilə çatdırılacaq

Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarında yeniliklər həyata keçirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunur.
Məcəlləyə əlavə edilməsi nəəzərdə tutulan 138.5-ci maddəyə görə, iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçiblərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.
Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub.