Azərbaycanın xarici ticarəti 25 faiz azalıb

Bu ilin 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 330 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır. Bu barədə sentyabrın 16-da Dövlət Gömrük Komitəsi məlumat verib.
Yanvar-avqust aylarında Azərbaycandan mal ixracı ((5 milyard 790 milyon dollar) 37% azalıb. Mal ixracının həcmi dəyər ifadəsində ixrac göstəricisinə yaxınlaşıb və 5 milyard 540 milyon dollar (-6,2%)  təşkil edib.
Apreldən mal idxalının həcmi ayda 710-780 milyon dollar civarındadır. Avqustda idxal iyul ilə müqayisədə 72 milyon, ixrac isə 501 milyon dollar artıb. İlin əvvəlindən neft sektorunun xüsusi çəkisi idxalda 87% (2015-ci ildə 88%) təşkil edib.
Qeyri-neft mallarının idxal həcmi ixracının həcmi bu il 755,7 milyon dollar təşkil edib. 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 338,6 milyon dollar azalıb.