Azərbaycanlı idmançının olimpiadadakı nəticələri ləğv edilib

Beynəlxalq Olimpiya Komitəsi (İOC) dopinqə düşən azərbaycanlı ağırlıqqaldıran İntiqam Zairovla bağlı qərarını açıqlayıb.
İ.Zairovun 2008-ci ildə keçirilən olimpiya oyunlarındakı nəticələri ləğv edilib.
31 yaşlı idmançı həmin olimpiadada 9-cu yeri tutub.
Qeyd edək ki, İ.Zairov bir müddət əvvəl 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb. Amma onun 8 illik cəzası 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanması ilə bağlı olub.