“Azad Suriya Ordusu” İŞİD-dən daha 6 yaşayış məntəqəsini azad edib

“Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə İŞİD-dən daha altı yaşayış məntəqəsini azad edib.
Türkiyə Silahlı Qüvvələrindən “Fırat Kalkanı” ilə bağlı verilən yeni açıqlamada bildirilib ki, “Azad Suriya Ordusu” İŞİD-dən daha altı məntəqəni azad edərək, Türkiyə ordusu ilə birlikdə Əl-Bab şəhəri istiqamətində hücum əməliyyatını davam etdirirlər.