“Azadlıq” qəzetinin jurnalisti istintaqa çağrılıb

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi çağırılıb.
Bu barədə məlumat verən Vidadi Məmmədov bildirib ki, prokurorluqdan zəng edərək onu sabah saat 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət ediblər.
Jurnalistin sözlərinə görə, ona hansı səbəbdən idarəyə çağırdığı deyilməyib: “Tam bilmirəm nəyə görə çağırılar. Ola bilər qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı olsun. İstənilən halda hara çağırsalar gedəcəm. Çünki hansısa bir cinayətin iştirakçısı olmadığıma əminəm”.