AZAL sərnişinlərə xəbərdarlıq edir

AZAL Samsung Galaxy Note 7 smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.
Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.
Məhdudiyyətlər, Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.
Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

 

Əvvəlki məqaləAzərbaycanda yeni universitet təsis ediləcək
Növbəti məqalədəNİDA Milli Şuranın və Müsavatın mitinqində iştirak edəcəyini açıqlayıb