Bəhreyn kralı Moskvaya səfər edəcək

Bəhreyn kralı Şeyx Hamad bin İsa Əl Xəlifə, bazar ertəsi günü Rusiya Dövlət Başçısı Vladimir Putin ilə regional və beynəlxalq inkişaf mövzuları ətrafında müzakirə aparmaq üçün Moskvaya gedəcək.
Bəhreyn rəsmilərinin verdiyi açıqlamaya görə, baş tutacaq səfərdə əsasən regional və beynəlxalq inkişafdan danışılacaq.
Rusiya ilə Bəhreyn arasındakı ikitərəfli əməkdaşlığın da müzakirə ediləcəyi və əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsinin aparılacağı bildirilir.