“Blackberry” smartfon istehsalını dayandırır

«Blackberry» şirkəti smartfon istehsalını dayandırır. Bu barədə şirkətin direktoru John Chen açıqlama verib.
Şirkətin bundan sonra xidmət və proqram təminatı yaradılması ilə məşğul olacağı bildirilib.
“Biz strategiyamızda dönüş yaradırıq, maliyyə əsaslarımız güclüdür və bundan sonra proqram təminatına yönələcəyik”, – John Chen deyib.
“Blackberry” bu tədbirlərlə kapitala tələbatı azaldıb, investisiyalardan gəlir qazanmağı planlaşdırır. Ötən rübün hesabatına görə, şirkətin proqram təminatı və servislər şöbəsindən gəliri 30 faiz artıb. Smartfon istehsalı və satışından isə «Blackberry» 372 milyon dollar itirib.
Şirkət özü daha smartfon istehsal etməsə də, bu işdə başqa firmalarla partnyorluq edəcək.