Bojan Šaranov rəsmən “Qarabağ”da!

“Qarabağ” yay transfer pəncərəsinin sonuncu günündə daha bir futbolçu ilə heyətini gücləndirib.
Ağdam təmsilçisi “Partizan”ın qolkiperi Bojan Šaranovun keçidini rəsmiləşdirib. “Ağ-qaralar”ın 2 illik müqavilə imzaladığı qapıçı həm də Serbiya millisinin üzvüdür.
Qeyd edək ki, bu ilin yanvar ayından “Partizan”da forma geyən Šaranov, paytaxt klubunda 18 matçda çıxış edib.