Braziliya prezidenti vəzifəsindən kənarlaşdırıldı

Dilma Rousseff
Braziliya senatında bu gün keçirilən səsvermə nəticəsində vəzifəsindən müvəqqəti kənarlaşdırılan  ölkə başçısı Dilma Rousseffə qarşı impiçmenti elan edib. Senatda qərarın əleyhinə 20 nəfər, lehinə isə 61 nəfər səs verib. Qərarın senatdan keçməsi üçün 81 üzvdən ən azı 54-nün səsi kifayət edirdi.
Qəbul edilən bu qərar 13 illik İşçi Partiyasının iqtidarını da sonlandırıb. Braziliyanın ilk qadın prezidenti olan Rousseff, hələ bazar ertəsi 14 saatlıq sorğuya çəkilmişdi.
Rousseffin yerinə vitse-prezident Michel Temer 2019-cu ilin yanvarına qədər prezidentin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir. 2016-cı ilin may ayında o, korrupsiyada ittiham edilərək vəzifəsindən uzaqlaşdırılmışdı. Rousseff bütün bu ittihamları rədd edib və məsum olduğunu bildirib.