Can Dündar Elgiz Qəhrəmana dəstək verib – foto

Türkiyəli məhşur yazar Can Dündar nidaçı məhbus Elgiz Qəhrəmana dəstək üçün imzalanmış açıqca göndərib. 
Varşavada keçirilən ATƏT-in tədbirində məhşur türk yazar Can Dündar şərlənərək həbs olunan nidaçı məhbus Elgiz Qəhrəmana dəstək üçün açıqca imzalayıb. Açıqcada yazılıb:
“Elgiz Kahramana Varşavadan Baküye Candan, sevgilerle” – Can Dündar 
Qeyd edək ki, Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur. Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yayıb.

elgiz can dündar