Clintonun səhhəti ilə bağlı yeni açıqlama

11 sentyabr terror qurbanlarını anma mərasimindən sağlamlıq problemləri səbəbiylə erkən ayrılmasının ardından prezidentliyə uyğun olub olmadığına dair müxtəlif iddialar ortaya atılan Clintonun son vəziyyəti ilə əlaqədar rəsmi açıqlama verilib.
Hillary Clintonun sağlamlıq durumu ilə əlaqədar olaraq seçki kampaniyası ofisindən verilən açıqlamada prezidentliyə namizədin həkimi olan Lisa Bardackın fikirlərinə yer verilib. Clintonun əvvəlki kimi sağlam olduğunu ifadə edən Bardack, hazırda onun mükəmməl vəziyyətdə olduğunu söyləyib.
New Yorkdakı mərasimlər əsnasında halı pisləşən Hillary Clintonun antibiotiklər və istirahət sayəsində tam olaraq özünü toparladığını qeyd edən Bardack, “ABŞ prezidenti olaraq vəzifə icra etməyə uyğun sağlam səhhəti var”, – deyə bildirib.
Xatırladaq ki, 11 sentyabr hücumlarının 15-ci ilini anma mərasimində özünü pis hiss edən Demokrat Partiyasının prezidentliyə namizədi Hillary Clintona ağciyər pnevmoniyası diaqnozu qoyulmuşdu. Seçki kampaniyası çərçivəsində California səfərini ləğv edən Clinton evində istirahət etməyə başlamışdı.