“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda nəzərdən keçirilmir”

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”.
Bu sözləri ABŞ-ın Dövlət katibi John Kerry deyib.
Kerry bildirib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin aradan qaldırılması üçün şərait hələ yaranmayıb. Onun sözlərinə görə, “Bu gün bir sıra dondurulmuş münaqişələr, (o cümlədən) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların “hazırda” nizamlanma mümkünlüyü nəzərdən keçirilmir, “ilk öncə ona görə ki, liderlər buna hazır deyillər”.
ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr “Mürəkkəbdir, lakin onları keçmişdə buraxmağın üsullarını görmək mümkündür, əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə”.
“Mən güman edirəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, – deyə Kerry qeyd edib.