Dini ekstremizm əleyhinə mübarizədə yenilik

Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması və yaxud qadağan edilməsi ilə bağlı daha yeni bir şərt müəyyənləşdirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti veriləcək.
Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasların birində müzakirəyə çıxarılacaq.