Elon Musk “Marsa səyahət” planını açıqladı

Amerikalı iş adamı və təşəbbüskar Elon Musk 10 il ərzində 200 min dollarlıq bilet xərcini ödəyənləri Marsa göndərmək və bu planetdə özü-özünü təmin edə bilən  insan həyatı üçün əlverişli yaşayış sahəsi inşa etmək istədiyini bildirib.
Kosmik gəmi və raket istehsalçısı SpaceX və alternativ enerji ilə işləyən avtomobil firması “Tesla Motors”un sahibi Musk, internetdən canlı yayımlanan Meksikanın Guadalajara şəhərindəki 67-ci Beynəlxalq Kosmik Səyahət konfransındakı çıxışında “Planetlərarasın Daşıma Sistemi Proyekti” haqqında ətraflı məlumat verib.

mars

Musk 10 il ərzində Marsa insan göndərmək və 200 min dollarlıq bileti almaq istəyənlər üçün özü-özünü təmin edə bilən bir şəhər qurmaq istədiyini bildirib. Bu proyektə 10 milyard dollarlıq investisiya yatırılmasını nəzərdə tutduğunu qeyd edən Musk, səyahətdə yeni texnologiyalardan və innovativ strukturdan istifadə edərək səyahət xərcini azaltmağı hədəflədiyini əlavə edib.
Sahibi olduğu SpaceX şirkətinin BFR və BFS kosmik gəmilər vasitəsi ilə insanın “qızıl planet”ə enə biləcəyini dilə gətirən Musk, bu maşınların saatda 100 min kilometrdən sürətlə hərəkət edəcəyini qeyd edib. Musk, kosmik gəminin yanacaq olaraq metan və oksigendən istifadə edəcəyini bildirib.

mars2

Kosmik gəminin 100-200 nəfəri Marsa apara biləcəyini xəbər verən Musk, bunun üçün lazım olan çalışmaların sona yaxınlaşdığını da əlavə edib.