Erdoğan: “Bütün terror təşkilatlarına qarşı eyni dərəcədə mübarizə aparmalıyıq”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə ABŞ prezidenti Barak Obama arasında görüş baş tutub.
45 dəqiqə davam edən görüşdə Erdoğan ‘Bütün terror təşkilatlarına qarşı fərq qoymadan davamlı şəkildə mübarizə aparmaq məcburiyyətindəyik. İŞİD, PKK, YPG ilə olan mübarizəmiz qətiyyətlə davam etməkdədir. Arzumuz budur ki, cənubumuzda olan terror dəhlizi ləğv edilsin”, – deyə çıxış edib.
Daha sonra Erdoğan, “Fetullahçı Terror Təşkilatı”nın (FETÖ) çevriliş cəhdi və Gülenin qaytarılması mövzusuna da toxunub: “Çevrilişə cəhd edən bu şəxs ilə bağlı bütün sənədlər hazırlanıb və həmin materiallar ABŞ-dan gələn xüsusi heyətə təhvil veriləcək”.
Görüşdə çıxış edən ABŞ prezidenti Barack Obama isə Türkiyənin qaçqınları qəbul etməsi ilə bağlı fikirlər səsləndirib: Sizə və Türk xalqına qaçqınlara qapını açdığınız üçün təşəkkür edirik. Birləşmiş Millətlər Təşkilatının yaxın günlərdə bu məsələ ilə bağlı iclası keçiriləcək. Türkiyə təkbaşına ağır yükü daşımamalıdır. Hər birimiz Türkiyənin yanındayıq. Arzu edirəm ki, dostluğumuz və ittifaqımız daimi olsun”.
Xatırladaq ki, hər iki ölkə başçısının da iştirak etdiyi G20 Liderlər Sammiti iki gün davam edəcək.

MƏNBƏHürriyet
Əvvəlki məqaləÇində G20 Liderlər Sammiti başlayıb
Növbəti məqalədəErich Fromm: “Kapitalistlərin bolluq içində yaşamaq arzuları insanlığı doğru yolundan azdırıb”