Ermənistanın baş naziri istefa verib

Ermənistanın baş naziri Ovik Abramyan istefa verib.
Bu barədə baş nazir hökumətin bu gün keçirilən iclasının yekununda bildirib.
Qeyd edək ki, O. Abramyan 13 aprel 2014-cü ildən Ermənistanın baş naziri vəzifəsinin icra edib. O, bu vəzifədə hazırda Avrasiya iqtisadi komissiyasının sədri Tiqran Sarkisyanı əvəzləyib.
Ermənistan mətbuatında yeni baş nazirin yaxın günlərdə açıqlanacağı bildirilir.