FETÖ əməliyyatı MİT-ə sıçradı

Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhd zamanı “FETÖ” ilə əlaqədə olmaqda şübhəli bilinən MİT əməkdaşlarına qarşı əməliyyat davam edir.
Milli İstihbarat Təşkilatının (MİT) 141 əməkdaşından 100-ü haqqında istintaq yekunlaşıb. Onlardan 87-si məmurluqdan qovulub. Qovulan personaldan 52-si haqda cinayət işi başlanıb.