“Hollywood” ulduzları Trumpa qarşı – video

Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə bir neçə həftə qalmış Hollywood ulduzları qısa bir video çəkərək xalqı seçkilərdə iştirak etməyə və adı çəkilməsə də Respublikaçıların namizədi Donald Trumpa səs verməməyə çağırıblar.
Aralarında  Downey Jr, Scarlett Johansson, Neil Patrick Harris kimi məhşur aktyorların da olduğu videoda, amerikalıları 8 noyabrda keçiriləcək prezident seçkilərində səs verməyə çağırıblar.
“The Avengers” (Qisasçılar) filmlərinin rejissoru Josh Whedon tərəfindən maliyyələşən “Save the Day” ( günü xilas et) adlı komitənin çəkdiyi qısa videoda, Hollyvood ulduzları ABŞ seçicilərinə 8 noyabrda ölkə tarixinin ən önəmli seçkilərindən biri olduğuna diqqət çəkiblər.
Tanınmış aktyorlar videoda Respublikaçıların namizədi Donald Trumpın adını çəkməsə də New Yorklu biznesmenə səs verilməməsinin vacibliyini vurğulayıblar. Hətta aktyor Don Cheadly Trump haqqında “cəmiyyətimizə zərər verən irqçi və söyüşcül biri” ifadələrini işlədib.
Qısa videonun sonunda isə “The Avengers” filmlərinin aktyoru Mark Ruffalonun fanatlarını maraqlandıracaq bir söz də veriblər. Aktyorlar ABŞ-ın “qorxu və cəhalətə” təslim olmaması halında Ruffalonun növbəti filmdə bir səhnədə tamamilə lüt olacağını elan ediblər.